Azərbaycanda IELTS (İnternational English Language Testing System) imtahanlarında iştirak etmək üçün ödənişin məbləği artırılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, qeyd olunan məbləğ bu ilin fevralından etibarən 60 manat artıb.

Belə ki, ötən il IELTS “Academic” və “General Training” səviyyələri üzrə imtahan qiymətləri 385 manat təşkil edirdisə, bu il qiymətlər 445 manata çatdırılıb.

Məlumata görə, beynəlxalq ingilis dili imtahan qiymətləri “Collaboard” şirkəti tərəfindən tənzimlənir. Qiymətlərin artmasına səbəb kimi IELTS sertifikatına tələbatın kifayət qədər çox olması və bununla əlaqədar olaraq əlavə işçi qüvvəsinə ehtiyacın yaranması ehtimal olunur.

Sadiq Cavadov