Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 218 812 müraciət üzrə 334 969 "ASAN İmza" sertifikatı verilib.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 17,2 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan "ASAN İmza", onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.