Azərbaycan və Qətər arasında turizm əlaqələrinin genişləndirilməsi, turizm destinasiyası kimi Azərbaycan haqqında məlumatlılığın artırılması, işgüzar turizmin təbliği və digər mövzularda əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

İqtisasdiyyat.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr Qətərdə Agentlik yanında Azərbaycan Turizm Bürosunun üzvləri, Azərbaycanın Qətərdəki səfiriliyin nümayəndəsi və yerli turizm sektorunun nümayəndələri arasında təşkil olunmuş işgüzar görüşdə baş tutub. Tədbir zamanı Azərbaycanın turizm imkanları təqdim edilib.