2022-ci ildə Azərbaycan Rusiyaya 10 140 ton qarpız ixrac edib.

İqtisadiyyat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bununla da, Azərbaycan ötən il qonşu ölkənin əsas qarpız tədarükçüləri arasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Rusiya ümumilikdə 78 min ton qarpız idxal edib. Əsas tədarükçülər Qazaxıstan (idxalın 37 %-i), Özbəkistan (22 %), Türkiyə (20 %) və Azərbaycan (13 %) olub.

Ötən il Rusiya həm də 15 min ton qarpız ixrac edib. Bu ölkənin qarpızının əsas alıcısı Belarus (ixracın 74 %-i) olub. Bundan başqa, Rusiyadan Monqolustan və Estoniya da qarpız alıb.