Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 47,6 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.

Cari ilin 10 ayı ərzində Azərbaycandan Qırğızıstana 44,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Ölkənin Qırğızıstandan idxalının dəyəri isə 3,4 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin eyni aylarında iki ölkə arasında ticarət dövriyyəsi 8,9 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova