Hazırda Azərbaycanın qeyri-neft qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən edilməsi ilə bağlı işlər aparılır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan, başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stiumullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir”, - deyə nazir əlavə edib.