Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard 386 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.

Təkcə bu ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik müqayisədə 10,5 % artaraq 269,15 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən il Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 47,2 % artaraq 2 milyard 713,4 milyon ABŞ dolları təşkil edib.