Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə gələcək əməkdaşlıq perspektivləri və həyata keçirilən texniki yardım layihələri müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu gün Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdük. Görüş zamanı Dünya Bankının Azərbaycandakı cari fəaliyyəti və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması, yeni investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində müzakirələr apardıq”, - deyə T. Kazımov qeyd edib.