Azərbaycana bu ilin yanvar-avqust aylarında 89,1 milyon ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 18,9 milyon dollar çoxdur.

Hesabat dövründə bu kateqoriyadan olan məhsulların ölkənin ümumi idxalında xüsusi çəkisi 0,80 % təşkil edib.

 

Gözəl Həşimova