Azərbaycanın İsrail ilə ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 1 milyard 354 milyon 245 min dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 184,3 milyon dollar azdır.

Hesabat dövründə ölkədən İsrailə ixrac 1,3 milyard dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 28,4 milyon dollar olub.

 

Gözəl Həşimova