Cari ilin yanvar-iyun aylarında əsas kapitala 7148,3 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4% çox vəsait yönəldilib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,4%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 4,2% artıb. İstifadə olunmuş vəsaitin 4322,9 milyon manatı və ya 60,5%-i məhsul istehsalı sahələrinə, 2426,6 milyon manatı (33,9 faizi) xidmət sahələrinə, 398,8 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5208,9 milyon manatını və ya 72,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5048,7 milyon manatı və ya 70,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Xatırladaq ki, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6%, büdcə vəsaitləri 33,8%, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, bank kreditləri 3,4%, sair vəsaitlər isə 7% təşkil edib.