Azərbaycandan bu ilin birinci yarısında 60,6 milyon dollar dəyərində 12,2 min ton fındıq ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin fındıq ixracından qazancı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 milyon dollar çoxdur.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 3.42% təşkil edib.

 

Gözəl Həşimova