Fevralın 17-21-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2019” beynəlxalq qida sərgisi keçiriləcək.

İqtisadiyyat.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.

AZƏRTAC