Azərbaycan bu ilin yanvar-oktyabr ayları ərzində 58,4 milyon dollar dəyərində 11,2 min ton çay idxal edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin çay idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 milyon dollar azalıb. Ölkənin bu ilin 10 ayı ərzində çay idxalının həcmi isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 % azalıb.

Əlavə edək ki, bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,41 %-ni təşkil edib.

 

Gözəl Həşimova