Zəlzələ nəticəsində yaranan dağıntılar təmizlənməsini izləməyə gələn şəxs faciəvi şəkildə həyatını itirib. 

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, hadisə Kahramanmaraşda Azərbaycan Bulvarı ərazisində meydana gəlib. 58 yaşlı Mustafa Kalın qohumlarının yaşadığı binanın dağıntılarını izləmək üçün buraya gəlib.

Bu zaman dağıntıları daşıyan ekskavator ona dəyib. Ağır yaralanan kişi yerindəcə dünyasını dəyişib.