Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Azərbayacan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə, hərracda tələb 50,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu məbləğ ötən valyuta hərracında satılmış valyutadan 9.8 mln ABŞ dolları yaxud 21.8% çoxdur. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.