Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 615 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 milyon dollar və ya 27,2 % çoxdur

Hesabat dövründə ölkədən ABŞ-yə ixrac 9,6 milyon dollar təşkil edib. Azərbaycanın ABŞ-dən idxalının dəyəri isə 605,3 milyon dollar olub.

 

Gözəl Həşimova