Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resursları departamentinin müdiri, nazirin müşaviri Fidan Fərzəliyevaya yeni vəzifə verilib. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, F.Fərzəliyeva “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resursları departamentinə isə yeni direktor Renat Rüstəmov təyin edilib. O, bundan əvvəl “AzInTelecom” MMC-nin İnsan Kapitalının İdarəolunması departamentinin direktoru idi.