Avrozonada iyun ayında illik inflyasiya 6,1%-dən 5,5%-ə enib ki, bu da ötən ilin yanvar ayından bəri ən aşağı səviyyədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika Təşkilatı (Eurostat) məlumat açıqlayıb.

İnflyasiyanın yavaşlamasında əsas töhfə ucuz enerji resursları olub. Eyni zamanda, ərzaq, alkoqol və tütün məmulatlarının qiymətləri də daha ucuzlaşmağa başlayıb.

Məlumata görə, 20 Avrozona ölkəsindən 18-də inflyasiya yavaşlayıb.