Rusiya bu ilin may ayında Avropada ərzaq qiymətlərinin ucuzlaşdığı yeganə ölkə olub

İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Avropada ərzaq deflyasiyasının müşahidə olunduğu yeganə ölkə olaraq qalır.

Hesablamalara görə, bu kateqoriyadan olan malların qiyməti illik ifadədə 1,2% ucuzlaşıb.

Bu dövrdə ən yüksək ərzaq inflyasiyası Macarıstan, Serbiya, Slovakiya, Estoniya və Ukraynada müşahidə edilib.