Avropanın iri şirkətləri Ukraynada müharibə başlayandan sonra Rusiya bazarında ən azı 100 milyard avro itki ilə üzləşiblər.

İqtisadiyyat.az bu barədə "Financial Times"a istinadən xəbər verir.

Mütəxəssislərin fikrincə, təxminən 176 şirkət, xüsusən aktivlərin dəyərsizləşməsi və valyuta mübadiləsi ilə bağlı xərclər fonunda zərərlə üzləşiblər.

Bu dövrdə ən çox itirən isə neft-qaz şirkətləri olub. Belə ki, "BP", "Shell" və "TotalEnergies" şirkətlərinin ümumi itkiləri 40,6 milyard avro təşkil edib.

 

Gözəl Həşimova