Avropa Parlamentinin internet saytına kiberhücum edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, parlament Rusiyanı terrorizmin himayədarı kimi tanıdıqdan sonra sayt kiberhücuma məruz qalıb.

Qeyd edək ki, bu gün Avropa Parlamenti səs çoxluğu ilə Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb. Qəbul ediliən sənəd hüquqi qüvvəyə malik deyil və məsləhət xarakteri daşıyır.