Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 18 milyard avroluq yeni maliyyə yardımını dəstəkləmir.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat verib.

Baş nazirin sözlərinə görə, o, Ukraynanın maraqlarını Macarıstanın maraqlarından üstün tutmaq niyyətində deyil. 

Orban hesab edir ki, yardımın məbləği Avropa İttifaqına üzv ölkələr arasında “ədalətli və mütənasib şəkildə” bölüşdürülməlidir.

"Ukrayna ilə bağlanmış ikitərəfli sazişə əsasən, Macarıstan hər il milli büdcədən 60-70 milyard forint məbləğində vəsait ayıracaq”, - baş nazir deyib.