Beynəlxalq valyuta birjalarında bu gün Bakı vaxtı ilə saat 22:00-da FED sədri Jerom Povelin parlamentdə çıxışı öncəsi ticarət aktivliyinin azalması müşahidə edilir. Valyuta məzənnələrində korreksiyalar müşahidə edilsə də, Amerika iqtisadiyyatı və monetar siyasət ilə bağlı müsbət açıqlamaların olacağı ehtimal edilir. Bu baş verərsə, EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşmanın yenidən sürətlənəcəyi proqozlaşdırılır. 

Təhlillərə əsasən, 1.19$-a ticarət edilən avro 1.17, 1.39$-a təklif edilən funt 1.37$-a kimi dəyər itirə bilər. Əlvan metallar bazarlarında 1770$-ın qırılması ilə qızılda ucuzlaşmanın 1706$-a kimi davam edəcəyi proqnozlaşdırılır.