Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaranma tarixindən 2022-ci ilin sonuna qədər toplam 7,8 milyard ABŞ dolları gəlir əldə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatında bildirilir.

Sənədə əsasən, illik ifadədə 2,3 % gəlirlilik deməkdir. Ötən il isə Fond 5,2 % zərərliliklə üzləşib.

Bundan başqa, hesabatda deyilir ki, 2022-ci ilin sonuna ARDNF-in investisiyaları 66 ölkə və 17 valyutanı əhatə edib.