ABŞ-nin texnologiya nəhənglərindən biri olan "Apple"ın bu ilin üçüncü rübündə gəliri illik bazda 1% azalaraq 89,5 milyard dollara enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Ötən ilin eyni dövründə şirkət 90,2 milyard dollar gəlir əldə edib. Beləliklə, şirkətin gəliri ardıcıl 4-cü rübdür ki, azalıb.

Hesabat dövründə "Apple"ın xalis mənfəəti 10,8% artaraq 22,96 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 20,72 milyard dollar olub.

 

Gözəl Həşimova