"Tesla" və "SpaceX"in sahibi İlon Mask ABŞ-nin ən varlı adamları siyahısında birinci olub.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, onun sərvəti "Twitter"i almasına baxmayaraq, ötən il eyni (251 milyard dollar) qalıb.

Məlumata görə, "Amazon"un qurucusu Ceff Bezos bu siyahıda ikinci yerdə qərarlaşıb. Onun sərvəti 151 milyard dollardan 161 milyard dollara yüksəlib.

Siyahıda üçüncü yeri "Oracle" informasiya texnologiyaları korporasiyasının həmtəsisçisi Larri Ellison tutub. Onun sərvəti isə 101 milyard dollardan 158 milyard dollara yüksəlib.

 

Gözəl Həşimova