Almaniya Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində Ukrayna silahlı qüvvələrinə 700 milyon avroluq dəstək paketi açıqlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə naziri Boris Pistorius məlumat verib.

Onun sözlərinə görə, paket Ukraynanın prioritetlərinə xidmət edəcək. Eyni zamanda, Almaniya dəstək paketi çərçivəsində 2 "Patriot" Hava Hücumundan Müdafiə Sistemi batareyası, 40 "Marder" tipli zirehli döyüş maşını, 1 döyüş tankı, 25 min mərmi və "Luna" dron sistemi göndərəcək.

Əlavə edək ki, Almaniya indiyədək Ukraynaya təxminən 3 milyard avro dəyərində silah göndərib.