Almaniyada aparılan araşdırma nəticəsində məlum olub ki, ölkədə yoxsulluq son 10 ildə artıb.

Araşdırmaya görə, orta gəlirin yarısından azına sahib olan və "çox yoxsul" olaraq təyin olunanların nisbəti 2010-2019-cu illərdə 40 faiz artıb.

COVID-19 pandemiyası, enerji qiymətlərindəki artım və yüksək inflyasiya gələcəkdə bu tempi daha da artıra bilər.

Araşdırmaya görə, 2010-cu ildə ev başına 2 min 968 avro olan yoxsulluq həddi, 2019-cu ildə 3 min 912 avro olub.