Ukrayna-Rusiya müharibəsi və onun ardınca Avropada yaşanan enerji böhranı Almaniyada yaşayan təqaüdçülərə ciddi zərbə vurdu. İki rəqəmli inflyasiya səbəbindən ev kirayəsini və elektrik pulunu ödəməkdə çətinlik çəkən yaşlı almanlar çarəni yardım təşkilatlarının qapısını döyərək tapıblar.

Bildirilir ki,Avropanın lokomotiv ölkəsi Almaniyada bu böhrandan ən çox əziyyət çəkənlər təqaüdçülərdir.