Almaniyanın ən böyük həmkarlar ittifaqı olan IG Metall, Volkswagen ilə şirkətin Almaniyadakı altı fabrikində təxminən 125 min işçinin əmək haqqının 8,5 faiz artırılmasına dair razılaşma əldə edildiyini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, sözügedən fabriklərdə çalışan təxminən 125 min işçinin maaşı gələn iyun ayından etibarən 2 illik müddətdə yüzdə 8,5 artırılacaq.
Bu işçilərin əmək haqqı 2023-cü ilin iyun ayından 5,2 faiz, 2024-cü ilin may ayından isə 3,3 faiz artacaq. Bundan əlavə, inflyasiyaya qarşı 2023 və 2024-cü ilin mart aylarında işçilərə iki hissədə 3000 avro vergisiz ödəniş ediləcək.