Almaniya Mərkəzi Bankı hökumətin inflyasiyaya səbəb olan yüksək enerji qiymətlərini azaltmaq səylərinə baxmayaraq, gələn il inflyasiyanın ikirəqəmli səviyyədə qalacağı açıqlanıb.

Bu barədə məlumat Almaniya Mərkəzi Bankının noyabr ayına olan hesabatında qeyd olunub.

Hesabatda Almaniya iqtisadiyyatının üçüncü rübdə böyüdüyü, qış aylarında isə iqtisadi fəaliyyətlərin əhəmiyyətli dərəcədə məhdudlaşacağı bildirilib.

Hesabatda inflyasiyanın 2023-cü ilin əvvəlində çox yüksək səviyyədə qalma ehtimalının olduğu vurğulanıb.