Almaniya hökuməti 2024-cü il üçün 445,7 milyard avro məbləğində dövlət büdcəsi layihəsini təsdiqləyib.

İqtisadiyyat.az "DPA" agentliyinə istinadən xəbər verir ki, layihədə nəzərdə tutulan xərclər pandemiyadan əvvəl - 2019-cu ildə olduğundan 25% çoxdur. O zaman isə büdcə 356 milyard avro təşkil edib.

Əlavə edək ki, Almaniyanın dövlət borcu pandemiya və enerji böhranı ilə mübarizə üçün yüksək xərclər səbəbilə ötən il rekord səviyyəyə - 2,37 trilyon avroya çatıb.