Almaniya hökuməti yanvarın 1-dən iyunun 18-dək 7,48 milyard avro dəyərində silah ixracına icazə verib.

Bu barədə İqtisadiyyat.az DPA-ya istinadən xəbər verir.

Məlumata görə, bu rəqəm ötən ilin birinci yarısı ilə müqayisədə 30 faiz artım deməkdir. İxracın təxminən 65 faizi və ya 4,88 milyard avrosu Ukraynaya aid olub.

Ukraynadan sonra Almaniya silahlarının əsas alıcıları Səudiyyə Ərəbistanı, Sinqapur, Hindistan və Qətər olub.

Qeyd edək ki, Almaniya hökuməti 2023-cü ildə xaricə təxminən 12,2 milyard avroluq silah və hərbi texnikanın satışını təsdiqləyib.

 

Gözəl Həşimova