Çin texnologiya şirkəti Alibaba "ChatGTP"-yə rəqib olaraq süni intellekt chatbotu "Tongyi Qianwen"i işə salmağı planlaşdırır.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, yeni chatbot yaxın zamanda sistemə inteqrasiya olunacaq, lakin konkret qrafik təyin edilməyib.

"Tongyi Qianwen" iclaslardakı çıxışları yazılı qeydlərə çevirmək, elektron məktublar yazmaq kimi bacarıqlara sahib olacaq.