Türkiyənin müdafiə naziri Hulusi Akar respublikada baş verən dağıdıcı zəlzələlərdən sonra 10 mindən çox suriyalı qaçqının könüllü olaraq vətənlərinə qayıtdığını bildirib.

O, bunu bazar günü ölkənin cənubunda sərhəd yoxlaması zamanı deyib.

“Sosial şəbəkələrdə guya Suriyadan Türkiyəyə sığınacaq istəyən qaçqın axınının olduğu barədə məlumatlar yayılmağa başlayıb. Bu, tamamilə həqiqətə uyğun deyil. İddiaların əksinə olaraq, insanlar sərhədi əks istiqamətdə keçmək istəyirlər. Bu günlərdə 10 633 suriyalı artıq öz vətənlərinə qayıdıb”, – nazir vurğulayıb.

Akar qeyd edib ki, Suriya vətəndaşları Türkiyədə olarkən zəlzələlər nəticəsində evlərini və yaxınlarını itirdikləri üçün geri qayıtmaq qərarına gəliblər.