Avropa İttifaqı dekabrda Ukraynaya 1,5 milyard avro köçürəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ana Pisonero Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Məlumata görə, Aİ ölkələri ilin sonuna qədər yeni makromaliyyə yardım proqramını təsdiqləmək üçün 2027-ci ilə qədər olan dövr üçün uzunmüddətli büdcəyə yenidən baxılması barədə razılığa gəlməlidirlər.

Bildirilib ki, Aİ ilin sonuna qədər Ukraynaya 18 milyard avro dəyərində builki makro-maliyyə yardımı proqramı çərçivəsində yekun ödəniş kimi 1,5 milyard avro köçürmək niyyətindədir.

 

Gözəl Həşimova