Avropa İttifaqına üzv olan dövlətlər hərbi büdcəsini genişləndirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel danışıb.

Onun sözlərinə görə, Aİ ölkələrinin 2 il ərzində 70 milyard ABŞ dolları həcmində əlavə vəsaiti müdafiə sahəsinə istiqamətləndirməsi gözlənilir.

Həmçinin Borrel Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinin 6-7 mart tarixlərində növbədənkənar qaydada toplanaraq Ukraynanın hərbi cəhətdən dəstəklənməsi məsələsini müzakirə edəcəklərini diqqətə çatdırıb.