Avropa İttifaqı (Aİ) 2027-ci ilə qədər bütün büdcə ehtiyatını Ukraynaya verib.

İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen məlumat verib.

Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-nin büdcə ehtiyatlarını Ukraynaya kömək üçün xərcləyib: "Son 16 ay ərzində Aİ Kiyevə 30 milyard avro - 2027-ci ilə qədər olan yeddiillik büdcəsinin bütün ehtiyat fondunu verib. Buna görə də İttifaq üzvlərinin maliyyə nazirləri Aİ-nin ümumi büdcəsinə əlavə vəsaitin ayrılması məsələsini müzakirə etməli olacaqlar. Bununla belə, Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək".