Misir Avropa şirkətləri və qurumları ilə 67,7 milyard avro (72,4 milyard dollar) dəyərində 35 saziş və anlaşma memorandumu imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Misir Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, sazişlər yaşıl hidrogen, elektrikli nəqliyyat vasitələri, infrastruktur, davamlı nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları kimi sahələrdə layihələri əhatə edir.

 

Gözəl Həşimova