Avropalı siyasətçilər ABŞ-ı getdikcə daha da ağırlaşan Ukraynadakı vəziyyətə, eləcə də Avropada enerji resurslarının qıtlığına görə gəlir əldə etməkdə ittiham edirlər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Politico” müxtəlif mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Qərb müttəfiqlərinin birliyi sarsılıb və amerikalılar ümumi böhrandan qazanc əldə etməkdə maraqlıdırlar:
“Fakt budur ki, bu münaqişədən ən çox qazanan ölkə ABŞ-dır. Çünki onlar daha çox qaz, daha çox silah satırlar. Qiymətlər isə olduqca bahadır.”