ABŞ-ın Deliver ştatının Millsboro şəhər sakini 66 yaşlı Piter Sallivan tətil zamanı aldığı lotereyadan 5 milyon dollar qazanıb.

İqtisadiyyat.az CNN-ə istinadən xəbər verir ki, o, tətil üçün getdiyi Floridada 20 dollara lotereya bileti almaq qərarına gəlib, nəticədə cekpotun sahibi olub.

Lotereyanın şərtlərinə görə, qazanılan məbləğ birdəfəyə ödənildikdə daha az pul ödənilir. Buna görə də, ona 3,96 milyonn dollar verilib.