ABŞ-ın "ən yaşlı prezidenti" tituluna malik Co Baydenin bu gün 80 yaşı tamam olur.


Ağ Evin sözçüsü Karine Jean-Pierre-in verdiyi açıqlamaya görə, Bayden ailəsi bu gün Co Baydenin 80 yaşını ailəvi səhər yeməyi ilə qeyd edir.

Vəzifədə olarkən 80 yaşı tamam olan ilk prezident olan Baydenin ad günü üçün üçün  heç bir ictimai tədbir keçirilməyib.


Digər tərəfdən, Baydenin ad günündə ən çox maraq doğuran suallardan biri Baydenin 2024-cü ildə yenidən prezidentlik yarışına qatılıb-qatılmayacağı idi.