ABŞ-a ordusuna aid bəzi məxfi sənədlərin məzmunu dəyişdirilib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi deyib. O bildirib ki, ABŞ ordusuna aid bir neçə sənəd sızdırılıb, sənədlər aktual mövzulara aid məxfi sənədlər olub. 

ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı məhkəmə araşdırmasına başlayıb.