Bir vaxtlar ABŞ-nin ən dəyərli startapı olan "WeWork" iflas elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı qurum yayıb.

Şirkətlərə fiziki və virtual iş yerləri təqdim edən startap "WeWork" 19 milyard dollarlıq borcunu yenidən strukturlaşdırmaq üçün müflis elan edib. "WeWork"un borcunun təxminən 92 faizinə sahib olan kreditorlar restrukturizasiya planını təsdiqləyiblər.

Şirkətin iflas ərizəsi faylında aktivlərinin 15 milyard dollar səviyyəsində olduğu qeyd edilib.

 

Gözəl Həşimova