İran ABŞ-ın tələbi ilə Yunanıstanın daşıdığı neftlə ələ keçirdiyi tankerini azad etdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, mövzu ilə bağlı İran Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.


Açıqlamada bildirilib ki, İran və Yunanıstan arasında razılaşmadan sonra İran neftini daşıyan tanker 6 aydan sonra İrana getmək üçün Yunanıstanın ərazi sularını tərk edib.


Tehran və Afina arasında əldə olunan razılaşmaya əsasən, mayın 27-də İranın Fars körfəzində ələ keçirdiyi Yunanıstan bayrağı daşıyan iki gəmi Yunanıstanın İran tankerini ələ keçirməsindən sonra eyni vaxtda buraxılıb.


Bildirilib ki, iki ölkə arasında əldə olunan razılaşma Yunanıstan hökuməti nümayəndələrinin bu gün Tehrana səfəri zamanı imzalanıb və tərəflər saziş çərçivəsində dəniz təhlükəsizliyinin yaxşılaşdırılması üçün lazımi əməkdaşlığı nəzərdən keçirəcəklər.