"Rəsmi Pekin ABŞ-ın Çin-Rusiya münasibətlərini təhdid etmək cəhdlərini heç vaxt qəbul etməyəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Münhendə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Çin KP MK-nın Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büronun üzvü Vanq Yi deyib.

“Biz heç vaxt ABŞ-ın Rusiya-Çin münasibətlərinə təzyiq göstərmək cəhdlərini və hətta hədələrini qəbul etməyəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, V.Yi də Münhen Təhlükəsizlik Konfransına dəvətlilər siyahısında olub.