ABŞ-da koronavirus pandemiyası ilə bağlı elan edilmiş fövqəladə vəziyyət ləğv edilib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə qanun layihəsini ABŞ Prezidenti Co Bayden imzalayıb. Bununla bağlı "Ağ Ev"dən məlumat verilib. 

Qeyd edək ki, ABŞ-da fövqəladə vəziyyət 2020-ci ildən qüvvədə idi.