Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ötən il gəlirləri və xərcləri 4 080,377 milyon manat təşkil edib.

İqtisadiyyat.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2 dəfə çoxdur.

AAYDA-nın ötənilki gəlirlərinin hamısı əvvəlki il olduğu kimi əməliyyat gəlirləri olub. Agentliyin xərclərinə gəlincə isə, qurumun material xərcləri 1 015,643 milyon manat (əvvəlki ilə nisbətən 48,2 % çox), inzibati xərcləri 119,71 milyon manat (1,3 % çox), sair əməliyyat xərcləri isə 2 945,024 milyon manat (2,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə AAYDA-nın aktivləri 27 397,103 milyon manat olub ki, bu da, illik müqayisədə 21,5 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 56,2 % artaraq 356,05 milyon manata, balans kapitalı isə 21,1 % artaraq 27 041,053 milyon manata, o cümlədən nizamnamə kapitalı 0,5 % artaraq 716,534 milyon manata çatıb.