"Gəncədə soyuducu zavodu qurmağı düşünürük".

Bunu açıqlamasında “Gəncə İş Adamları Birliyi”nin İdarə Heyətinin sədri Zəfər Məmmədov deyib.

O rəhbərlik etdiyi birliyin yeni layihələri barədə məlumat verərək bildirib ki, “Gəncə İş Adamları Birliyi” olaraq əsas gücümüzü Gəncə şəhərində istehsalatın dirçəlməsinə yönəltmişik. Hazırda Gəncə ilə bağlı böyük layihələrin üzərində çalışırıq.

Zəfər Məmmədov həmçinin yeni qurulacaq soyuducu zavodu barədə də məlumat verərək “Gəncədə soyuducu zavodu qurmağı düşünürük. Soyuducu zavodunu qurmaq üçün Türkiyənin böyük şirkətlərindən biri ilə əməkdaşlıqla bağlı danışıqlar aparılır “-deyə qeyd edib.fins